26 C
Bakı
21 İyun 2025 13:54
İdman

Dünya çempionu maşınında ölü tapıldı: Nə baş verir?

Üç çəki dərəcəsində keçmiş dünya çempionu Mayk MakKallum vəfat edib.

Tacxeber.comxəbər verir ki, bu barədə “Boxing Scene” məlumat yayıb.

69 yaşlı yamaykalı Las Veqasda idman zalına gedərkən özünü pis hiss edib və avtomobili saxlayıb. Polis onu avtomobildə huşsuz vəziyyətdə aşkarlayıb. Daha sonra ölüm faktı rəsmən təsdiqlənib.

 

Mayk MakKallum 2003-cü ildə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib. Hələ həvəskar dövrdə o, 1978-ci il Millətlər Birliyi Oyunlarında qızıl medal qazanıb, 1976-cı il Olimpiadasında çıxış edib və 1977-ci ildə nüfuzlu “Golden Gloves” turnirində qalib olub.

MakKallum peşəkar karyerasına 1981-ci ildə başlayıb və cəmi üç ildən sonra, 1984-cü ildə ilk dünya çempionluğunu qazanaraq WBA versiyası üzrə ilk orta çəki tituluna sahib çıxıb. Ümumilikdə o, üç çəki dərəcəsində – ilk orta (WBA), orta (WBA) və yarım ağır çəkidə (WBC) dünya çempionu olub.

MakKallum 1981–1997-ci illər arasında 55 peşəkar döyüş keçirib – 49 qələbə (36-sı nokautla), 5 məğlubiyyət və 1 heç-heçə.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”ın tarixi oyunu: ya davam, ya tamam!

admin

Rusiya və Belarus idmançıları yarışlara buraxılmayacaq – Qərar yeniləndi

redaktor

Polşa millisi Rusiyaya gedən Kadidən imtina edir

admin