Cəmiyyət

“Zeytun” apteklərinə dərmanı baha satdığına görə protokol tərtib edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan “Zeytun Pharmaceuticals” MMC haqqında inzibati xəta protokolu tərtib edib.

Bu barədə Agentlikdən məlumat verilib.

Şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan Tofiq Yaqublunun sülh sazışınə maraqlı münasibəti

admin

Xocalıda əsir düşən Dürdanə Ağayeva yardıma möhtacdır: Ölümdən yox, qızının tək qalmasından qorxur – VİDEO

redaktor

“Doğu Türküstandan Güney Azərbaycana doğru” mövzusunda elmi praktik konfrans. – FOTO

admin