24 C
Bakı
13 Avqust 2025 08:21
DünyaSiyasət

Rusiya strateji aviasiyasının üçdə biri sıradan çıxarıldı.

Nüvə başlığı daşıya bilən bu təyyarələr (Tu-95 və Tu-22) SSRİ dövründən qalıb və hazırda Rusiyada onların istehsalı yoxdur. Bu itki Rusiyanı bu sahədə ABŞ-la rəqabətdə daha da zəif duruma salır.

Digər tərəfdən, xeyli vaxtdır hazırlanan bu əməliyyatın uğurla sona çatdırılması Rusiya agentləri ilə dolub-daşan Ukraynada kəşfiyyat rəhbərliyinin xainlərdən tam təmizləndiyini də göstərir. Bu da Ukrayna üçün uğur sayıla bilər.

 

Belə görünür ki, Ukrayna Təhlükəsizlik Xidmətində yüksək vəzifəli sonuncu Rusiya agentləri qurumun Krım üzrə idarəsinin rəhbəri Oleq Kuliniç və Daxili Təhlükəsizlik üzrə Baş İdarənin rəisi Andrey Naumov olub. Kuliniç hazırkı müharibə ərəfəsində Rusiya ordusunun Krımdan Xersona hücuma hazırlaşması haqqında və hücumun başladığı dəqiqələrdə bu barədə mərkəzə məlumat verməyib və tabeliyindəki əməkdaşları tərksilah edib. O, 2022-ci ilin mart ayında SBU-nun o vaxtkı sədr müavini, hazırkı sədr Malyukun rəhbərliyi ilə keçirilən əməliyyatla ifşa olunaraq yaxalanıb. İstintaqda müəyyən edilib ki, Kuliniç Krım istiqamətinin müdafiəsinə dair bütün sirləri Moskvaya ötürübmüş. A.Naumov isə müharibədən qısa müddət əvvəl Ukraynadan qaçıb. O, hazırda Serbiyadadır.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Kurskda Rusiya müdafiəsini yardı.

admin

Paşinyan xalqa Yeni il müraciətində ağrı, təəssüf hissindən danışaraq üzr istəyib

redaktor

Səfirliyimizə hücumda üçüncü dövlətin əli var – Sabir Rüstəmxanlı

redaktor