28 C
Bakı
11 Avqust 2025 19:45
Cəmiyyət

“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” – Jurnalist Nəzrin Hüseynzadə

Jurnalist Nəzrin Hüseynzadə  İTV ilə bağlı şok iddia yayıb.

Tacxeber.com olay-a istinadla xəbər verir ki, jurnalist rəqs videosunu paylaşaraq təhsil aldığı Bakı Dövlət Universitetində problem yaşadığını və çalışdığı İctimai TV-dən ayrlmaq məcburiyyətində qaldığını iddia edib:

 

“Məzun günümdə heç bir quruma bağlı olmadan, sadə bir tələbə statusunda məzunlar üçün təşkil edilən bədi konsert proqramı hissəsi zamanı səhnəyə çıxaraq rəqs etdim (videonu yerləşdirirəm). Heç bir nalayiq davranış sərgiləmədən, universitetin, fakültənin və ən əsası şəxsimin reputasiyasına xələl vermədən sadəcə günün anlam və önəmini qeyd etdiyim 33 saniyəlik bir ana görə, arenanın mühafizə əməkdaşı tərəfindən “içkilisən” damğasına məruz qaldım. Rəhbərliyə şikayət etdiyim üçün son 2 ildir BDU rəhbərliyi çalışdığım qurumlara bu məsələni qabardaraq professional imicimə xələl gətirmə cəhdləri irəli sürür. Bildirmək istəyirəm ki, sözügedən davranış videodakı 33 saniyədən ibarətdir və heç bir spirtli içkidən söz gedə bilməz.

Demokratik dövlətin vətəndaşı kimi məzun gününün sevincini bölüşən tələbənin səmimi görüntüsündən başqa bir hal deyil. Bu məsələni qabardaraq professional imicimə zərbə vurmağa çalışan BDU mətbuat xidmətinin rəhbəri Kəmalə xanım İTV-dəki işimdən öz ərizəmi yazaraq istefa verməyimə səbəb olub. Fikret Dolukhanovun bunu təsdiq edəcəyinə əminəm. 23 yaşlı gənc jurnalistə, məzunlarına dəstək olmaq əvəzinə karyerasına zərbə vurmağa çalışan bu şəxslərə ictimai formada etiraz edirəm!”.

Tacxeber.com

Oxşar xəbərlər

Uzunömürlülüyün sirri: hər dərdin çarəsi bu qidadır.

admin

Adı rüşvət almaqda hallanan direktor əvəzi danışdı – VİDEO

redaktor

Şamaxı- Bakı yolu da bağlandı: Vətəndaşlar paytaxta gələ bilmir

admin