21 C
Bakı
21 İyun 2025 22:04
DünyaHadisə

Təyyarədə qəribə hadisə: Yoxa çıxan stüard çılpaq halda tapıldı

 

 “British Airways” aviaşirkətinin reyslərindən birində qeyri-adi insident yaşanıb. Uçuş zamanı ekipaj üzvləri bir stüardın itkin düşdüyünü müəyyən ediblər. Axtarış nəticəsində o, biznes-klassın tualetində tamamilə çılpaq və rəqs edən halda aşkar edilib.

Bu barədə məlumatı “The Sun” qəzeti yayıb.

 

ABŞ-dən Böyük Britaniyaya uçan təyytarədə 470 sərnişin olub.

Ekipaj üzvləri dərhal vəziyyət müdaxilə ediblər. Stüarda pijama geyindirilib və o, oturacağa bağlanaraq nəzarət altına alınıb. Təyyarə Londondakı Hitrou hava limanına enəndən sonra o, polisə təhvil verilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, stüard isə müvəqqəti olaraq işdən uzaqlaşdırılıb. İlkin ehtimala görə, o, narkotik maddə qəbul edibmiş və insident də məhz bu səbəbdən baş verib. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

İran 74 nöqtədə ballistik raketlər yerləşdirdi – İsrailə hücuma hazırlaşır?

redaktor

“Bu gün Saakaşvili ilə bağlı baş verənlər bütün demokratik dünya üçün rüsvayçılıqdır”

redaktor

“Laçın” postunda hərəkət dayandırıldı – TƏCİLİ

redaktor