12 C
Bakı
28 Mart 2026 01:38
Dünya

İstanbul danışıqları öncəsi müəmmalı vəziyyət – Zelenski narahatdır

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın İstanbul görüşünə hansı məqsədlə qatıldığının hələ də aydın olmadığını bildirib.

Tacxeber.com xəbər verir ki, dövlət başçısı bu barədə açıqlamasında nə Kiyevin, nə Ankaranın, nə də Vaşinqtonun Kremlin planlarından xəbərdar olmadığını deyib.

 

“Bizdə – yox, Türkiyədə – yox, ABŞ-da da – yox,” – deyə Zelenski Rusiyanın niyyətləri ilə bağlı qeyri-müəyyənliyi vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqı və ABŞ ilə birgə yeni diplomatik addımlar hazırlayır.

Zelenski əlavə edib ki, hamı ciddi sülh istəyir və Rusiya buna getməlidir. O, ABŞ-dan sanksiyalar məsələsində daha qətiyyətli mövqe gözlədiyini də qeyd edib.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

İrəvan Moskvaya rəsmi müraciət ünvanladı: rus sərhədçiləri çıxarılır

admin

Tbilisidə etirazçılar şəhərdən çıxışı qismən bağladılar

redaktor

Netanyahu: Başqa meydanlarda təhlükələr var

redaktor