Maraqlı

YENİLİK: Çay göbələyindən geyim hazırlanır

Ruslar çay göbələyindən (kombuça) geyim hazırlamağa başlayıblar

Bu barədə “Shot Proverka” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, çay göbələyindən hazırlanan materiala “gələcəyin parçası” adı verilir.

Məlum olub ki, bu material tamamilə bioloji yolla parçalanır və onu hazırlamaq asandır. Bunun üçün qabda şirin çay dəmlənir, soyudulur və içərisinə çay göbələyi əlavə olunur. Daha sonra qarışığın hava ilə təmasının qarşısını almaq üçün onu polietilenə bükmək və qaranlıq yerə qoymaq tövsiyə olunur.

 

Sadalanan mərhələlər düzgün yerinə yetirildikdə, dərini xatırladan elastik bir material əldə etmək mümkündür. Daha sonra material emala verilərək tekstil işində istifadə edilir.

Lakin bu üsulun populyarlığına baxmayaraq, bəzi çatışmazlıqları da var. Havanın rütubətindən material tez yumşalır, aşağı temperaturda isə kövrək olur.

Tacxeber.com

Oxşar xəbərlər

3 uşaq atası əməliyyatla qadın oldu – FOTO

redaktor

İrəvanı Osmanlı dövləti verib? – Sensasion detallar

admin

Sevdiyin qızı vermirlər?

admin