11 C
Bakı
30 Mart 2026 03:31
Mədəniyyət

Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Füzuli Hüseynov bu barədə Oxu.Az-a açıqlaması zamanı teatr rəhbərliyinin qərarından xəbərsiz olduğunu deyib:

 

“Müdiriyyət necə məsləhət bilirsə, elə də edir. Burada nə var ki? İşə gedim, yəqin, bildirərlər. İşçiyə töhmət verərlər də”.

F.Hüseynov, həmçinin aktyor Əli Nurla aralarında yaşandığı deyilən dava və onun hüquq-mühafizə orqanlarına müraciəti məsələsinə də münasibət bildirib:

“Mən belə bir aktyor tanımıram. Hara istəyir, ora şikayət etsin. Mənim üçün həmin adam maraqlı deyil”.

 

Xatırladaq ki, Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad olunub və ona töhmət verilib. Teatrın yaydığı məlumatda bildirilib ki, bu qərar Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə ilə əlaqədar verilib.

“Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb”, – deyə teatrın açıqlamasında qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? – VİDEO

redaktor

“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə…” – xalq artistindən ETİRAZ-ÖZƏL

redaktor

Şeyx Əbdül: “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq”

redaktor