28 C
Bakı
13 Avqust 2025 22:04
İdman

Qurban Qurbanovdan məğlubiyyət şərhi: “Hələ razılaşmamışıq”

Azərbaycan Kubokunun finalında “Sabah” “Qarabağ”ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

Tacxeber.comxəbər verir ki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– “Sabah”ı təbrik edirəm. Qarşıdakı avrokuboklarda uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mövsüm keçirdilər. Oyunçular çox ağır mövsüm keçirdilər. Hər bir futbolçudan razı qaldım. Möhtəşəm atmosfer var idi.

 

– Benzia çox aqressiv idi və cəzalanmaqdan qorxmurdu. Bu onun komandadan gedəcəyinə işarə idi?

– Xeyr. Belə oyunlarda aqressivlik olur. Etməsə, daha yaxşı olardı. Sadəcə mövsüm bizim üçün gərgin keçdi, futbolçuları meydanda və meydandan kənarda özlərini idarə etməsi üçün çox danışıqlar oldu. Bəzən futbolda belə hallar olur. Oyunun gedişatında futbolçular əsəbiləşir. Ciddi bir şey görmədim. Normaldır.

– Köməkçiləriniz çox əsəbiləşdi. Hakimliyi necə dəyərləndirirsiz?

– Belə oyunlar hakimlər üçün də asan deyil. İnqilab Məmmədov illərin təcrübəsini göstərdi.

– Benzianın sonuncu oyunu idi?

– Hələ razılaşmamışıq. Konkret bir şey yoxdur. Təklifimizi etmişik, cavab gözləyirik.

Tacxeber.com

Oxşar xəbərlər

Messi geyimi ilə yenidən diqqət mərkəzində

redaktor

Eko fəallar Messinin evinin divarlarını boyadılar – Futbolçu təzminat tələb edir – FOTO

redaktor

Sergen Yalçın növbəti dəfə “Beşiktaş”ın baş məşqçisi olacaq

admin