25 C
Bakı
11 Avqust 2025 08:12
Dünya

Mask Makronu lağa qoydu: Fransanın birinci xanımı… – VİDEO

ABŞ-li milyarder İlon Mask Dövlət Effektivliyi Departamentinin (DOGE) prezidenti postu ilə vidalaşmaq üçün Oval Ofisə gedib.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, 130 günlük vəzifəsi ilə vidalaşan milyaderin gözünün ətrafındakı qançırlar diqqət çəkib.

Sosial şəbəkə istifadəçiləri Maskın üzündəki izləri idman zalında baş vermiş qəzadan tutmuş siyasi mübarizəyə qədər müxtəlif bəhanələrlə əlaqələndiriblər.

 

Ağ Evdə jurnalistlər Maskdan gözünə nə olduğunu soruşublar.

Mask cavabında Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı şillə videosunu lağa qoyaraq deyib:

“Fransanın yaxınında belə deyildim. Fransanın birinci xanımının leytenant olmadığını bilmirdim”, – deyə o söyləyib.

Milyarder 5 yaşındakı oğlu ilə oynayarkən onun gözünə vurduğunu söyləyib:

“Sadəcə balaca X ilə vaxt keçirirdim. Dedim ki, davam elə, üzümə yumruq vur. O da etdi”.

Bu zaman söhbətə ABŞ Prezidenti Donald Tramp daxil olub:

Trampın “bunu X eləyib?” sualına cavab olaraq Mask “bəli” deyə qarşılıq verib.

ABŞ lideri isə Maska “X-i tanısaydın, o bunu edə bilərdi” söyləyib.

İ.Mask vəzifəsindən ayrılması ilə bağlı da danışıb:

“Bu, DOGE-nin sonu deyil, sadəcə başlanğıcdır”.

Tramp danışarkən Maskın üz ifadələri də sosial mediada müzakirələrə səbəb olub.

 

Oxşar xəbərlər

Ukrayna gizli yeraltı zavodlarda bu silahları istehsal edir

redaktor

Azərbaycan Türkiyənin zəlzələ bölgəsində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocaqlarının tikintisinə 100 milyon dollar ayırıb

redaktor

Livan müharibəyə başlasa, məhv ediləcək – Netanyahu

redaktor