Cəmiyyət

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs edildi

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.

 

Tacxeber.com Telegraf-a istinadən xəbər verir ki, İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir.

Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Kimin ağlına gələr ki, Qız qalasının yerini dəyişdirsin” – Səyyad Aran

redaktor

İsrail ordusu səfərbərliyə başladı

redaktor

“İslama görə şahmat oynamaq haramdır!” – Elşad Miri

admin