Son dövrlər demək olar ki, hər 3 nəfərdən 2-si bu cümləni deyir: “Qarnım köpür, qazım var, nə yesəm oturmur…”
Bəs niyə bu qədər adamın həzm sistemi “etiraz edir”? Bu sadəcə qida ilə bağlı deyil.
Stress – ən böyük düşmən. Bağırsaq ikinci beyin sayılır. Əsəbi olanda mədə susmur, bağırsaq mikroflorası pozulur. Hətta qida düzgün olsa belə, sinir sistemi pozularsa, həzm dayanır.
Yemək tərzi – təkcə nə yediyin yox, necə yediyin də vacibdir. Tələsik, ayaqüstü, telefona baxaraq yemək — mədəyə zülmdür.
Oturaq həyat – hərəkətsizlik bağırsağı tənbəlləşdirir. Hər gün heç olmasa 15 dəqiqə gəzmək, onu “oyadır”.
Antibiotiklər və “boşuna” dərmanlar – bağırsağın faydalı bakteriyalarını məhv edir. Mikrofloranın pozulması, zəif həzm deməkdir.
Paketlənmiş, tezbişən qidalar – tez bişir, amma bağırsağı illərlə məşğul saxlayır. Təbii, lifli, təravətli yeməklər isə həzm sisteminin dostudur.
Nə etməli?
-
Yeməyi sevgi ilə yeyin. Diqqətli, çeynəyərək.
-
Hər gün az da olsa hərəkət edin.
-
Su için, amma süni içkilərlə yox.
-
Kefir, qatıq, ev yoqurtu – bağırsağınızın sevdiyi “dostlar”dır.
-
Əsəbinizi həzm sisteminizə ötürməyin.