32 C
Bakı
12 Avqust 2025 17:06
CəmiyyətGündəm

“Kaspi Kids”də müəllimin şiddət göstərdiyi azyaşlı 2 saat köməksiz vəziyyətdə qalıbmış – TƏFƏRRÜAT

share

Sosial şəbəkələrdə Lənkəran şəhərində yerləşən “Kaspi Kids” uşaq bağçasında azyaşlılara qarşı şiddət göstərilməsi ilə bağlı videogörüntülər geniş müzakirələrə səbəb olub.

Paylaşımda müəllimin uşağın başına vurduğu və nəticədə balacanın başının qanadığı qeyd olunub. Uşağın atası bildirib ki, hadisə barədə ona günorta saatlarında xəbər verilib:

 

“Mən işdə idim. Evdən zəng edib dedilər ki, uşaq başından xəsarət alıb. Kursa getdim, videogörüntülərlə tanış oldum. Müəllim özü etiraf etdi ki, uşağı o vurub. Kadrlarda da görünür ki, müəllim bilərəkdən iki dəfə suqabı ilə övladımın başına zərbə endirib. Vurduqdan sonra isə kömək etməyib. Uşaq iki saata yaxın ağlayıb və köməksiz vəziyyətdə qalıb”.

 

Azyaşlının nənəsi isə bildirib ki, nəvəsi əvvəllər də müəllimin onu döydüyünü deyib, lakin onlar buna inanmayıblar:

“Dəfələrlə evə gəlib deyirdi ki, məni Arzu müəllimə döyüb. Biz inanmırdıq. Elə vurmuşdu ki, nəvəm yemək belə yeyə bilmirdi”.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Bu gün toyu olan icra başçısının 4 övladı var

redaktor

“Budur məsələnin mahiyyəti və bizim gündəmdə olası mövzu. Kimin kimə necə baxması, nə deməsi yox” – Kamran Cəfərov

admin

“Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirildi.

admin