12 C
Bakı
28 Mart 2026 12:00
Dünya

İyunun 2-də dünyanın gözü yenidən İstanbulda olacaq

share

İyunun 2-də ABŞ və “Avropa üçlüyü”nün (Almaniya, Fransa və Böyük Britaniya) nümayəndələri Rusiya və Ukrayna nümayəndə heyətlərinin mümkün görüşü günü İstanbulda olacaqlar.

 

Bunu ABC News telekanalına müsahibəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq deyib: “Gələn həftə İstanbulda danışıqlar masasına oturub müzakirə edəcəyik: bu necə olmalıdır. Və bizimlə “Avropa üçlüyü” – Almaniya, Fransa və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirləri də olacaq”, – Kelloq deyib.

 

ABŞ prezidentinin xüsusi nümayəndəsi Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşündə bu ölkələrin nümayəndələrinin iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqların ikinci raundunun keçirilməsi ilə bağlı Rusiyanın təklifini açıqlayıb. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfinə münaqişənin səbəblərinin aradan qaldırılmasının bütün aspektlərini əhatə edən memorandumu təhvil verəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Dronlara qarşı balıq torları: İsveç və Danimarkadan Ukraynaya qeyri-adi hərbi yardım

redaktor

Maqnus Karlsen “ChatGPT”ni məğlub etdi

redaktor

Süni intellektin heç vaxt əvəz etməyəcəyi peşələr

redaktor