Dünya

Trampdan Suriya açıqlaması: Daha təhlükəsiz yerə çevirəcəyik

Xəbər verdiyimiz kimi, ABŞ-ın Ankaradakı səfiri Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi təyin olunub.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial media hesabında paylaşım edib.

 

“ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın Suriya üzrə xüsusi nümayəndə vəzifəsini icra etməsindən məmnunluq duyaram. Tom anlayır ki, Suriya ilə işləmək radikalizmi dayandırmaq, münasibətləri yaxşılaşdırmaq və Yaxın Şərqdə sülhə nail olmaq üçün böyük potensialdır. Birlikdə ABŞ və dünyanı daha təhlükəsiz yerə çevirəcəyik”, – Tramp yazıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər də Xankəndi-Şuşa yolunda çadırlar qurdu – VİDEO

redaktor

İrana yeni zərbələr endirildi: Təbrizdə partlayışlar – VİDEO

redaktor

Zelenski Papanın dəfn mərasiminə bu geyimdə qatıldı – FOTO

redaktor