Hadisə

“Məlhəm” klinikasında 59 yaşlı pasiyent həkim səhlənkarlığından vəfat edib?

Sosial şəbəkədə Bakıda “Məlhəm” klinikasında həkim səhlənkarlığı nəticəsində pasiyentin vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı “Məlhəm” Beynəlxalq Hospitaldan oxu.az-a verilən açıqlamada bu gün səhər saatlarında 59 yaşlı kişi pasiyentin xəstəxanada vəfat etdiyi bildirilib.

“Xəstə ağır vəziyyətdə idi və uzun müddət idi ki, klinikamızda müalicə alırdı. Tibb bacısı xəstənin yatağını dəyişmək istəyib. Bu zaman xəstənin həyat yoldaşı da otaqda olub. Xəstə qəfil ölüm keçirib. Həkimlərin müdaxiləsi ilə qısa müddətə həyati funksiyaları bərpa edilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin daha sonra orada vəfat edib”.

Klinikadan bildirilib ki, məsələ ilə bağlı ekspertiza aparılacaq:

“Son qərarı müvafiq ekspertiza verəcək. Lakin bir daha vurğulamaq istərdik ki, burada həkim səhlənkarlığından söhbət gedə bilməz. Hadisə ilə bağlı mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Araşdırmalar davam edir”.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı polkovnik təyyarə qəzasında öldü

redaktor

Heç bir vəsatətim təmin edilməyən siyasi məhbus – alim hakimlərə etiraz olaraq vəkilindən də imtina etdi.

admin

ABŞ-də qəzaya uğrayan təyyarədə fiqurlu konkisürmə üzrə Azərbaycanın sabiq çempionu da olub

redaktor