12 C
Bakı
28 Mart 2026 20:35
Hadisə

Lənkəranda bağçada müəllim uşağı döydü: ARAŞDIRMA APARILIR

“Lənkəran Kaspi Kids” bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

Tacxeber.com xəbər verir ki, bloqer Saleh Nəsirov etdiyi paylaşımda müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı qeyd olunub.

“Hadisə “Lənkəran Kaspi Kids” uşaq bağçasında baş verib. Müəllim uşağın başına necə vurursa, başından qan gəlir. Nə qədər vəzifəsini sevməyən, uşaq sevməyən insanlar varsa, gedib işləyirlər. Hansı valideyn bu görüntüyə dözər?”, – paylaşımda qeyd olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Oxu.Az-a verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

“Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”.

Tacxeber.com

Oxşar xəbərlər

Məktəb direktoru icra başçısına birinci müavin təyin edildi

admin

ABŞ və Britaniya səfirləri Hüseyn Cavidin abidəsinin önündə Navalnını yad etdilər – Foto

admin

Rüfət Səfərov saxlanıldı

redaktor