24 C
Bakı
23 İyun 2025 10:42
CəmiyyətHadisə

Astarada qadın sahibkar sevgilisinin arvadını və qızını döydü

Astarada qadın sahibkar sevgilisinin evinə hücum edərək ailə üzvlərini döyüb.

Tacxeber.com oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib. Kənd sakini Tarifə Əliyeva həyat yoldaşı Rəfail Əliyevlə rayon ərazisindəki “Astara Mall” ticarət mərkəzində alış-veriş edərkən orada satıcı işləyən qızlar Rəfaili göstərərək, “Vəfanı saxlayan oğlan gəldi” deyib. Bunu eşidən Rəfailin həyat yoldaşı Tarifə qızlara “bu mənim ərimdir” deyib və Vəfanı söyüb. Həmin vaxt Vəfa mağazada olmayıb və iş yerinə gələrkən Tarifənin onu söydüyünü eşidib.

 

Axşam saatlarında Vəfa içkili vəziyyətdə özünə məxsus avtomobillə Rəfail Əliyevin evinə gedib. Yolda o, Rəfailə zəng vuraraq, söhbət etmək istədiyini bildirib, Rəfail isə evdə olmadığını deyib. Qadın Rəfailin həyətinə gedərək onun evinə hücum edib, həyat yoldaşını təhqir etməyə başlayıb. Tarifə və qızı onu evindən çıxarmağa cəhd etsələr də, mümkün olmayıb. Vəfa Tarifə və qızına xəsarət yetirib. Rəfailin tanışları və qonşular hadisə yerinə gələrək Vəfanı evdən çıxara biliblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Vəfaya qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Onda əsnəyənə də cərimə yazılsın?! – Deputatdan aparıcıların çağırışına reaksiya

redaktor

“Müəllimlər, uşaqlara eyni şeir, etüd, monoloq öyrətməyin”

redaktor

Lənkəranda əməliyyat: Başçı Bakıya çağırıldı

admin