15 C
Bakı
27 Sentyabr 2025 15:31
Dünya

Tramp Kaliforniyanı təhdid etdi: Sizin pulunuzu kəsəcəyəm

ABŞ prezidenti Donald Tramp transgender idmançıların yarışlarda iştirakına icazə verən Kaliforniya ştatını federal maliyyəni kəsməklə hədələyib.

Tacxeber.com xəbər verir ki, Tramp bununla bağlı sosial media hesabından açıqlama verib.

O, verdiyi qərarlara baxmayaraq, Kaliforniya ştatının hələ də transgender kişi idmançıların qadın yarışlarında iştirakına icazə verdiyini və bundan məmnun olmadığını vurğulayıb.

“Radikal sol demokrat Qavin Nevsomun rəhbərlik etdiyi Kaliforniya kişilərin qadın idmanında yarışmasına qeyri-qanuni icazə verməyə davam edir. Bu, ədalətsizlikdir və qadınları alçaldır”, – deyə amerikalı lider qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

admin

Xamenei: “HƏMAS yaşayır və yaşayacaq”

redaktor

“MİT”dən Azərbaycanda ƏMƏLİYYAT: 6 il axtarılan FƏTO-çu ələ keçdi – VİDEO

admin