12 C
Bakı
28 Mart 2026 15:43
Cəmiyyət

Sosial şəbəkələrdə 500-700 manata donorluq təklifləri – Hansı fəsadlar ola bilər?

“Follikul donoru olaraq 500-700 manat əldə eldə edə bilərsiniz”.

Tacxeber.com Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdə yüzlərlə bu cür elana rast gəlmək olar. “Instagram” və “TikTok” platformasında “Follikul donorluğu” adlı onlarla səhifə mövcuddur.

İddialara görə, 500-700 manat müqabilində qadınlardan toplanan follikullar yüksək məbləğ qarşılığında övladı olmayan şəxslərə satılır.

 

Yəni, insanın genetik materialı, sözün əsl mənasında, bazar malına çevrilir. Hətta bəzi mama-ginekoloqların bu prosesdə vasitəçi və ya bilavasitə iştirakçı olması iddiaları da var.

Həkim-genetik Zakir Bayramov bildirib ki, tibbi etikaya və insan hüquqlarına zidd olan bu halların nəzarətsiz qalması gələcəkdə daha böyük fəsadlara yol aça bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Akif Çovdarovun müsadirə olunan 30 milyonluq əmlakı: Nələr əlindən alındı? – SİYAHI

redaktor

Kəmaləddin Heydərovun nazirliyi bu iki qurum arasında bölüşdürülür, özü isə… – QƏRAR VERİLİB

admin

Bizə mədəniyyət ölkəsi demək olar?

redaktor