28 C
Bakı
11 Avqust 2025 21:14
DünyaGündəm

Makronu arvadına görə ölkəsində belə biabır etdilər – FOTO

Fransa prezidenti Emmanuel Makronun arvadı tərəfindən şillələnməsi hələ də lağ predmeti olaraq qalır.

Tacxeber.com xəbər verir ki, sözügedən hadisə ilə bağlı hazırlanan plakat diqqət çəkib.

Belə ki, Fransada idman zallarından biri üçün Makronun şillə yeməsi reklam məzmununa da çevrilib.

 

“Arvadın səni döyürmü? Özünümüdafiə kurslarımıza yazıl!” – deyə müştərinin diqqətini çəkmək üçün belə bir addım atılıb.

Xatırladaq ki, mayın 26-da Vyetnam hava limanında Fransanın birinci xanımı prezidenti şillə ilə vurub. Yelisey sarayı əvvəlcə bunu inkar etməyə çalışsa da, sonradan təsdiqləmək məcburiyyətində qalıb. Makron isə sözügedən mənzərəni “zarafat” adlandırıb. Lakin təyyarənin pilləkənlərindən enərkən Bricitin Makronun qoluna girməməsi və Fransa prezidentinin yumruğunu sıxması, heç də məsələnin bu qədər sadə olduğundan xəbər vermir. Belə ki, Makron dirsəyini büküb xanımına tərəf çevrilərək Bricitin onun qoluna girməsini gözləməsi də kameralara düşüb.

Tacxeber.com

 

Oxşar xəbərlər

Peskov: “Rusiyanın qələbədən başqa alternativi yoxdur”

redaktor

Qumbara gəzdirən, başındakı qəlpəni çıxartmaq üçün saçlarını kəsdirən Xalq artisti – Maraqlı Faktlar

redaktor

Hikmət Hacıyev: “Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə imkan verilməyəcək”

redaktor