Dünya

Tanınmış həkimin diplomu saxta çıxdı – 16 illik şəbəkə ifşa edildi

Ankara mərkəzli 16 il davam edən əməliyyat nəticəsində dövlət qurumlarının sistemlərinə icazəsiz daxil olan və mənfəət əldə edən 58 şübhəli saxlanılıb.

Tacxeber.com xəbər verir ki, onlardan biri ictimaiyyət arasında “həkim” kimi tanınan Volkan Uçak olub.

Uçakın Ege Universitetinin Psixologiya bakalavr və Klinik Psixologiya magistr diplomlarının saxta olduğu müəyyən edilib. O, təhsilini Dublin Universitetində bitirdiyini iddia etsə də, rəsmi sənədlərdə bakalavr və magistr dərəcələri qeyd olunmayıb.

Əməliyyat zamanı 39 şübhəli həbs olunub, 11 nəfər məhkəmə nəzarəti ilə azad edilib. 20 şübhəli isə həbs edilib.

İlkin araşdırmalara görə, şübhəlilər saxta diplom və sürücülük vəsiqələri hazırlayıb satışını həyata keçirib, eyni zamanda dövlət qurumlarının sistemlərinə qanunsuz girişi təmin ediblər.(Milli.Az)

Oxşar xəbərlər

Moldova prezidenti məhkəməyə verildi

redaktor

Marneulidə azərbaycanlı müəllim şagirdləri diz çökdürərək cəzalandırdı: İşdən çıxarıldı – FOTO

admin

Şoyqu əmr verdi: Rus qoşunları çəkilir

admin