11 C
Bakı
29 Mart 2026 12:49
Cəmiyyət

Bakıda müəllim 1-ci sinif şagirdinin ağzına skoç vurdu

Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə qalmaqallı hadisə baş verib.

Tacxeber.com xəbər verir ki, BAKU.WS-in “qaynar xətt”inə daxil olan məlumata görə, ibtidai sinif müəllimi 1-ci sinif şagirdinin ağzına skoç yapışdırıb. Hadisə ilə bağlı şagirdin atası redaksiyamıza şikayət edib.

Valideynin sözlərinə görə, hadisənin görüntüləri mövcuddur və həmin videoda müəllimin uşağın ağzına skoç vurduğu aydın görünür.

 

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə BAKU.WS-ə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Şərurlu İsfəndiyar”: “Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm”

redaktor

Əhmədovun 500 milyonluq yaxtasına həbs qoyulub? – Şok faktlar

redaktor

Famil Xəlil ev dustaqlığına buraxıldı

admin