16 C
Bakı
26 Sentyabr 2025 22:51
Cəmiyyət

Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? – Açıqlama

Son zamanlarda bəzi vətəndaşlara “Sima” tətbiqindən piyada keçidindən istifadə qaydalarını pozduğuna görə cərimə bildirişinin gəldiyi iddia olunur. Onlar bildirirlər ki, yolda heç bir polis tərəfindən buna görə saxlanılmayıblar.

 

Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı “Ajans.az”a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov danışıb.

O, bildirib ki, kamera vasitəsilə piyadaların cərimələnməsi təcrübəsi ölkəmizdə yoxdur:

 

“Azərbaycanda piyadanın qayda pozuntusunu əgər dövlət yol-patrul xidmətinin əməkdaşı görürsə cərimələyə bilər. Və yaxud da ki, post-patrul xidmətinin əməkdaşı gördükdə də cərimələyə bilər. Amma kamera vasitəsilə belə bir təcrübə yoxdur”.

“Mənim bundan xəbərim yoxdur açığı. Heç görməmişəm “Sima” tətbiqindən elə bir bildiriş gəlsin. Bildiriş belə ola bilər ki, polis yolda saxlayıb cərimə edib. Cərimə ilə bağlı bildiriş də tətbiqə gəlib. Bu o demək deyil ki, kamera ilə həmin piyadanı çəkiblər”, – deyə sonda Eldəniz Cəfərov bildirib.

 

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə də müraciət etdik. Onlar, bildirdilər ki, ölkəmizdə “Sima” tətbiqi və ya kameralar vasitəsilə cərimə tətbiq olunmur.

Tacxeber.com

Oxşar xəbərlər

“Erməni polisinə azərbaycanlıların maneəsiz hərəkətini təmin etmək tapşırılıb” – Deputat Qazinyan

admin

Bu gecə rusların yuxusu ərşə çəkilib: Görün Ukrayna nələr edib

redaktor

Meta “Threads”ı dəyişdirir

redaktor