Dünya

Pezeşkianın Ermənistana səfəri planlaşdırılır

İran tərəfi Prezident Məsud Pezeşkianın İrəvana səfərini planlaşdırır.

Oxu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə “İrəvan Dialoqu-2025” beynəlxalq forumu çərçivəsində jurnalistlərlə keçirilən brifinqdə bildirib.

 

Nazir müavini vurğulayıb ki, iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədədir və yüksək diplomatik səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir.

“Hal-hazırda dövlət başçısının İrəvana səfərini planlaşdırırıq. İki paytaxt arasında siyasi məsləhətləşmələr aparılır. İqtisadi əməkdaşlıq isə çox yüksək səviyyədədir və yaxın gələcəkdə nəqliyyat üzrə sıfır faiz dərəcəsi tətbiq edildikdə, iqtisadi əməkdaşlıq sürətli şəkildə artacaq”, – deyə Xətibzadə vurğulayıb və əlavə edib ki, ən yeni texnologiyalar sahəsində də yaxşı əməkdaşlıq qurulub.

 

Nazir müavininin sözlərinə görə, iki xalq arasında turizm və mədəniyyət sahələrində əlaqələr davamlı şəkildə inkişaf edir.

“Ümid edirəm ki, bəzi maneələr, xüsusilə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonra aradan qalxacaq, bu günə qədər həyata keçirilməyən çoxsaylı layihə və proqramları reallaşdıracağıq”, – deyə Səid Xətibzadə vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ senatoru Cinn Şehin “ABŞ Dövlət Departamenti Bakıya açıq şəkildə bildirməlidir ki, jurnalistika cinayət deyil”

admin

ABŞ-dan bütün rəqiblərini şoka salan 96 milyardlıq nüvə layihəsi…

admin

“Gediş haqqı artacaq, həm metroda, həm də…” – ŞOK ANONS

redaktor