11 C
Bakı
27 Mart 2026 19:29
CəmiyyətGündəm

Elgünlə bağlı buklet payladığına görə ictimai fəal Nicat Əmiraslanov 15 sutka həbs edilib.

 

Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuilqanlıq) maddəsi ilə məhkəməyə çıxarılıb. Qazax Rayon Məhkəməsi bu barədə mayın 24-də qərar çıxarıb.

Bu barədə ilk məlumatı jurnalist Elməddin Şamilzadə “Facebook” səhifəsində paylaşıb.

“İctimai fəal Nicat Əmiraslanov Qazaxda  polislər tərəfindən saxlanılıb. Yaxınları ehtimal edir ki, hadisə müəmmalı şəkildə həyatını itirmiş Elgünlə bağlı bukletləri paylaşdığı üçün baş verib”, – E.Şamilzadə qeyd edib.

Hələlik hüquq mühafizə orqanları onun saxlanması barədə məlumat paylaşmayıb.

Nicat Əmiraslanov əvvəllər müstəqil jurnalist kimi fəaliyyət göstərib.

O, bundan öncə də bir neçə dəfə saxlanılıb və inzibati həbsə məhkum edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Fransa Azərbaycanı hədələyir.

admin

Ağaları Paşinyana Qarabağla bağlı bu tapşırığı verib

redaktor

Bakıda sağlamlığa zərərli maddə alveri: Satış gizli şəkildə həyata keçirilir – HƏYƏCAN TƏBİLİ

redaktor