20 C
Bakı
24 İyun 2025 03:17
Cəmiyyət

Evini kirayə verib, “razetka”ya kamera yerləşdirdi – FOTO

Türkiyənin Dənizli şəhərində evini kirayə mənzilə çevirib divardakı üçgirişli elektrik yuvalarına gizli kamera yerləşdirən ev sahibi polis tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, hadisə Dənizlinin Pamukkale rayonunun Kınıklı məhəlləsində baş verib.

Məlumata gör, evinin alt mərtəbəsini bölərək üç ayrı mənzilə çevirən M.F. bu yerləri gündəlik kirayəyə verirmiş.

 

Mənzillərdən birini kirayə götürən şəxs divarda yanıb-sönən işıqdan şübhələnib və elektrik yuvasını çıxararaq içərisində yatağı görəcək istiqamətdə yerləşdirilmiş kamera və yaddaş kartı aşkarlayıb. Daha sonra otaqda olan digər elektrik yuvasını da sökən kirənişin eyni vəziyyətlə qarşılaşıb və dərhal polisə məlumat verib.

Əraziyə gələn hüquq-mühafizə orqanları digər iki otaqda da oxşar şəkildə qurulmuş gizli kameralar aşkarlayıb. Saxlanılan ev sahibi M.F. istintaqdan sonra həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Oxşar xəbərlər

11 dəqiqə ərzində cənnət və cəhənnəmi ZİYARƏT ETDİ

redaktor

“Ayaqqabı dərisində istifadə edilən sarı boya vurulur” – Mütəxəssisdən bazarlarda satılan toyuqlarla bağlı XƏBƏRDARLIQ

admin

Maqnit qasırğası kimlər üçün təhlükəlidir? – Həkim

redaktor