24 C
Bakı
26 Sentyabr 2025 16:01
Cəmiyyət

Evini kirayə verib, “razetka”ya kamera yerləşdirdi – FOTO

Türkiyənin Dənizli şəhərində evini kirayə mənzilə çevirib divardakı üçgirişli elektrik yuvalarına gizli kamera yerləşdirən ev sahibi polis tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, hadisə Dənizlinin Pamukkale rayonunun Kınıklı məhəlləsində baş verib.

Məlumata gör, evinin alt mərtəbəsini bölərək üç ayrı mənzilə çevirən M.F. bu yerləri gündəlik kirayəyə verirmiş.

 

Mənzillərdən birini kirayə götürən şəxs divarda yanıb-sönən işıqdan şübhələnib və elektrik yuvasını çıxararaq içərisində yatağı görəcək istiqamətdə yerləşdirilmiş kamera və yaddaş kartı aşkarlayıb. Daha sonra otaqda olan digər elektrik yuvasını da sökən kirənişin eyni vəziyyətlə qarşılaşıb və dərhal polisə məlumat verib.

Əraziyə gələn hüquq-mühafizə orqanları digər iki otaqda da oxşar şəkildə qurulmuş gizli kameralar aşkarlayıb. Saxlanılan ev sahibi M.F. istintaqdan sonra həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Oxşar xəbərlər

Nizami Rəmzinin qızı: “7 aydır ki, ayığam və aludəçilikdən uzağam” – VİDEO

redaktor

İşə düzəltmə səhifəsi yaradıb 100 nəfəri aldatdılar – Foto

admin

Bu dövlət qurumunda əməliyyat keçirildi.

admin