12 C
Bakı
28 Mart 2026 18:58
Dünya

Arvadı Makrona şillə vurdu, sonra isə pərt etdi – VİDEO

Fransa prezidenti Emmanuel Makron Vyetnama səfəri zamanı həyat yoldaşının gözlənilmədən onun yanağına şillə vurması ilə özünü çətin vəziyyətə salıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Fransanın RMC BFM radiosu məlumat yayıb. Onlar əlavə edirlər ki, videonun həqiqiliyi Yelisey sarayı tərəfindən təsdiqlənib.

 

Məlumata görə, Makron və həyat yoldaşı Hanoya çatan zaman “kiçik mübahisə” ediblər.

Ardınca isə Fransa prezidenti pilləkəndən düşərkən Brijitin onun qoluna girməsi üçün dirsəyini büksə də, o, Makronu pərt edərək bundan imtina edib.

Makronla həyat yoldaşı təyyarədən endikdən sonra çəkilən fotolarda isə Fransa Prezidentinin qəzəbli olduğu, hətta əsəbindən yumruğunu sıxdığı iddia edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Nədən İsrail silah istehsalında güclü, amma Avropa zəifdir?

redaktor

“İslam İnqilabı İrana nə verdi?”

redaktor

Gürcüstanın xaricdəki səfirləri bir-bir istefa verir

admin