26 C
Bakı
12 Avqust 2025 23:06
DünyaSiyasət

Respublikaçı deputat: “Ukrayna dişlərinə qədər silahlandırılmalıdır”

ABŞ Konqresinin üzvu Bekon şənbə və bazar gecələri Rusiyanın Ukraynanı vurmaq üçün istifadə etdiyi pilotsuz təyyarələrin və raketlərin sayı ilə bağlı məlumatlara cavab verib.

 

“Dürüstlüyün vaxtıdır. Sülh danışıqlarının Putinə heç bir təsiri yoxdur”, – Bekon vurğulayıb. Onun sözlərinə görə, Kreml Ukraynanı özünə tabe etmək məqsədi ilə təcavüzünü davam etdirir və qəti müqavimətlə qarşılaşmayana qədər dayanmayacaq.

“Onun (Putinin) məqsədi Ukraynada hökmranlıq etməkdir və o, qalib gələ bilməyəcəyini başa düşməyincə dayanmayacaq”, – konqresmen vurğulayıb. O, ABŞ və müttəfiqlərini güzəştsiz hərəkət etməyə çağırıb: “ABŞ və müttəfiqləri Ukraynanı dişinə qədər silahlandırmalı, Rusiyaya qarşı maksimum sanksiyalar tətbiq etməli və Rusiyanın xaricdəki 300 milyard dollarlıq aktivlərini müsadirə etməlidir”. (Azadlıq Qəzeti)

 

Oxşar xəbərlər

Zelenski erməni biznesmenə sanksiya tətbiq etdi

redaktor

Zurabişvili prokurorluğa çağırıldı

redaktor

“Rusiyada ölüm hökmü bərpa edilsin” – Zatulin

redaktor