12 C
Bakı
25 Mart 2026 16:25
Dünya

Putinin helikopteri Ukraynanın hücumuna məruz qalıb

Kursk vilayətinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin helikopteri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin irimiqyaslı hücumunun episentrində olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalının efirində hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin məlumat verib.

 

“Ali Baş Komandanla birlikdə təyyarənin Kursk vilayətinin ərazisi üzərində uçuşu zamanı hücumun intensivliyi xeyli artdı. Ona görə də biz adekvat cavab verdik və prezident helikopterinin havada təhlükəsizliyini təmin etdik”, – deyə o bildirib.

 

Daşkin əlavə edib ki, döyüş tapşırığı yerinə yetirilib, Rusiya hərbçiləri pilotsuz təyyarələrin hücumunu dəf edib.

 

Qeyd edək ki, Putin mayın 20-də Kursk vilayətinə səfər edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Qalatasaray”lı Mauro İkardi niyə saxlanılıb?

admin

Bakıda xanım alimin yaşı doqquz il kiçildildi

redaktor

Rusiyada həyacanlı anlar: 2 sərnişin təyyarəsi QƏZA ENİŞİ ETDİ

admin