Cəmiyyətİdman

“Kəpəz”də gözlənilməz istefa – Azər Bağırov “Kəpəz”dən getdi

“Kəpəz” klubunda gözlənilməz hadisə baş verib.

 

QOL.az saytına daxil olan məlumata görə, baş məşqçi Azər Bağırov klubla yolları ayırıb. O, qarşılıqlı razılıq əsasında Gəncə təmsilçisi ilə müqaviləni ləğv edib.

A.Bağırov bu gün “Turan Tovuz”la matçda “Kəpəz”i son dəfə oyuna çıxarıb.

Qeyd edək ki, A.Bağırov bu mövsüm “Kəpəz”i Premyer Liqada saxlamağı bacarıb. Onun klubun yeni rəhbərliyi dövründə də “Kəpəz”lə əməkdaşlığı davam etdirəcəyi gözlənilirdi. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Kor insanlar nə görürlər?

redaktor

İşə düzəlmək istəyənlərin NƏZƏRİNƏ! – Bu sənəd tələb edilə bilər – VİDEO

redaktor

“Zərərçəkən” Azər Qasımlının ondan öz pulunu istədiyini etiraf edib

admin