12 C
Bakı
10 Aprel 2026 10:33
Cəmiyyət

Fazil Mustafa oğlunun vəfatından danışdı: “Çiynimdə aparıb dəfn etdim, amma…” — VİDEO

“Oğlum dəm qazına görə boğulanda 8 yaşı var idi. Görünür, o dövrdə bizim də məsuliyyətsizliyimiz oldu. Yəni dəm qazı anlayışımız yox idi”.

Tacxeber.com xəbər verir ki, bunu deputat Fazil Mustafa Kanal S-də yayımlanan müsahibəsində deyib.

O, hadisə zamanı xaricdə olduğunu bildirib.

“Hər bir insanın başına gələ biləcək faciədir. Belə məsələlərə bir az fərqli yanaşmalıyıq. Yəni bizi yaradan verdiyi neməti istənilən vaxt ala bilər. İradəmizdən kənarda bir tale var və buna qarşı gəlmək olmaz. Bunu faciə kimi yaşasam da, həyatımın faciəsinə çevirmədim. Ağırdır, amma yaşayanları, qalanları düşünməliyik. Biz övladımızı çiynimizdə aparıb dəfn edə bilmişik, amma məsələn, təyyarə qəzasında yüzlərlə adam arzulayır ki, yaxınının qəbir yeri olsun”, – millət vəkili qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan innovasiya ekosisteminin ən kritik iki sahəsində üzrə dünyanın ən son sıralarındadır.

admin

Dövlət xidmətindən “Facebook” hesabları ilə bağlı XƏBƏRDARLIQ

redaktor

“Onun-bunun ərindən özünə “ər, ailə” düzəldib…” – Gülər Əhmədovadan sərt sözlər

redaktor