21 C
Bakı
22 İyun 2025 09:31
Dünya

Dronlara qarşı balıq torları: İsveç və Danimarkadan Ukraynaya qeyri-adi hərbi yardım

Ukrayna Rusiyanın pilotsuz uçuş aparatlarına (dronlara) qarşı qeyri-adi müdafiə üsulu tətbiq etməyə başlayıb – istifadə olunmuş balıqçı torları.

Tacxeber.com xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb.

 

“Yle” bildirir ki, dronlar müasir müharibələrin əsas tərkib hissəsinə çevrilib – həm ucuzluğu, həm də çoxşaxəli istifadəsi ilə raket sistemlərini kölgədə qoyur. Yüksəkdən uçan bu dronlara qarşı müdafiə çətindir, lakin Ukrayna bu problemi kreativ yolla həll etməyə çalışır.

 

İsveç və Danimarka Ukraynaya artıq istifadə olunmuş balıq torları göndərib. Xüsusilə, Danimarka bu məqsədlə 2,5 milyon avro dəyərində balıq torları təqdim edib. Bu torlar əvvəllər Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar dənizlərdə balıqçılıq qadağasına görə danimarkalı balıqçılar üçün yararsız sayılmışdı.

Hazırda bu qeyri-adi vasitələr Ukraynada pilotsuz aparatlara qarşı effektiv müdafiə vasitəsi kimi sınaqdan keçirilir.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusundan sərt həmlə: Rusiya əraziləri ələ keçirildi

admin

Təəssüf ki, Ermənistan COP-da iştirak etmir – Hacıyev

redaktor

Tramp: Kim Çen Inla dostluğu yenidən bərpa edəcəyəm

redaktor