12 C
Bakı
28 Mart 2026 14:18
Cəmiyyət

“Depressiyada idi, özünə qəsd etmək istəyirdi” – Aydın Xırdalanlının anası

“Aydın depressiyaya düşən vaxtlarda Mehman Əhmədli, Rəşad Dağlı ona baş çəkməyə gəlirdi. Hətta vacib getməli yerim olanda onun yanında Rəşadı qoyurdum ki, rahat olum. Depressiyada idi, özünə qəsd etmək istəyirdi”.

 

Bu sözləri 2019-cu ildə qaraciyər sirrozundan vəfat edən meyxanaçı Aydın Xırdalanlının anası (Aydın Quliyev) Bikəxanım Quliyeva “Sözünü deyib gedənlər” verilişində deyib. O, övladı dünyasını dəyişəndən sonra yalnız yas mərasimlərinə getdiyini bildirib:

 

“Onun vəfatından sonra heç bir toya getməmişəm. Qardaşımın uşaqlarının nişanlarına, toylarına, elçiliklərinə getməmişəm. Gördüm ki, camaat narazılıq edir ki, hüzür yerinə də gəlmir. İki ildir ki, ancaq yas mərasimlərinə gedirəm. Aydından sonra heç bir toya getmərəm. Onun paltarını da yığıb göndərmişəm. Ancaq qara geyimləri qalıb. Qardaşı Ziyanın oğlu Aydınla oxşayırlar. Artıq 5 yaşı oldu, elə bil Aydının uşaqlığıdır. Onun toyunda bir küncdə oturaram”.(Axşam.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Sənan Əhmədovun qardaşı ilə telefon danışıqları ortaya çıxarılıb və məlum olub ki, 6 min manat…”

admin

Azərbaycandan kömək istəyən mülki erməni Rusiya sülhməramlılarına təhvil verilib

redaktor

Həzərat, hökumət işlə təmin olunan əhalini necə sayır?

admin