CəmiyyətGündəm

Məğlub Ermənistan turistləri və qalib Azərbaycan turistləri – Altay Göyüşov

Deməli, 2024-cü ildə Avropaya Şengen vizası üçün Azərbaycandan 90 min müraciət olub, bunun 81 mini viza alıb.

 

Eyni ildə əhalisi Azərbaycandan təxminən üç dəfə az olan Ermənistandan 100 min müraciət olub, 86 mini viza alıb.

Bu sırf rifah fərqi məsələsidir. Hərdən deyirsiniz a, restoranlar doludur-filan, baxın, aşağı yuxarı restoranlara mütəmadi gedənlər də məhz elə bunlardır, ümumi əhalinin heç 1 faizi eləmir.

 

O ki qaldı quru sərhədlərin bağlanmasının camaata vurduğu zərbəyə, 2024-cü ildə Ermənistandan Gürcüstana 900 min adam gedib, Azərbaycandan isə 300 mindən də az. Əhalimizin sayı Ermənistandan üç dəfə çoxdur, amma Gürcüstana gedə bilənlərimizin sayı ermənilərdən üç dəfə azdır. Başqa sözlə, qalib Azərbaycan camaatı ilə müqayisədə məğlub Ermənistan camaatı kef edir.

İkinci Dünya Müharibəsindən sonra da belə olmuşdu. Müharibədən sonra düzgün yol tutmuş məğlub Almaniya sürətlə inkişaf etmiş, qalib sovet camaatına isə almanlara həsəd aparmaq qalmışdı. Axırda da qalib SSRİ dağıldı getdi.

 

Altay Göyüşov

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda məktəb və bütün bağçalarda üztanıma sistemi tətbiq olunacaq

admin

Aqil Abbas yazır: “Benfika”nı da gətirin qoyaq Qənimətlər Parkına

redaktor

Təcridxana rəisinin rüşvət pəhrizi nə qədər çəkdi?

admin