11 C
Bakı
29 Mart 2026 22:57
CəmiyyətGündəmİqtisadiyyat

Ekspert: “Hökumətin fəaliyətsizliyi nəticəsində kənd təsərrüfatımız batıb”

Bu ilin ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% artıb.

 

Dövlət Gömrük Komitəsinin məlumatında belə deyilir.

Məlumata görə, 2024-cü ilin ilk dörd ayında ölkəyə 773 milyon 337 min dollar dəyərində yeyinti məhsulları idxal edildiyi halda, 2025-ci ilin eyni dövründə bu göstərici 866 milyon 122 min dollara yüksəlib. Bu da əvvəlki illə müqayisədə 92 milyon 785 min dollar əlavə artım deməkdir.

Məlumatı özünün “Facebook” səhifəsində şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli, son illərdə yeyinti məhsullarının idxalında davamlı artım müşahidə olunduğunu vurğulayıb.

 

 

Mütəxəssis qeyd edib ki, son 5 ildə idxal 63,3%, son 10 ildə isə 2,5 dəfədən çox artıb.

 

Bu ilin dörd ayı ərzində idxal artımı üzrə əsas göstəricilər:

• Buğda – 57,2% artım

• Kərə yağı – 59,8% artım

• Süd – 38,5% artım

• Tərəvəz – 12,8% artım

• Kəsim üçün heyvanlar – 2,6% artım

 

Vahid Məhərrəmli, bu artımı ölkədə kənd təsərrüfatının zəifləməsi və yerli istehsalın tələbatı qarşılaya bilməməsi ilə əlaqələndirib.

“Yerli istehsalın artırılması istiqamətində ciddi addımlar atılmadığı təqdirdə idxaldan asılılıq daha da arta bilər. Çox təəssüf ki, hökumətin fəaliyətsizliyi nəticəsində kənd təsərrüfatımız batıb”,– mütəxəssis qeyd edib. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Mişelin bəyanatında heç “Qarabağ” sözü də yoxdur” – Erməni deputat

redaktor

Xalq şairi Ramiz Rövşən: “Mən o qocalardan deyiləm ki…” – FOTO

admin

DİQQƏT! Qasırğa olacaq – RƏSMİ MƏLUMAT

redaktor