9 C
Bakı
16 Dekabr 2025 11:56
Dünya

Dağıstan rəhbəri haqqında hökm: 8 il azadlıqdan mərhum edilsin!

Ukraynanın Çernovtsi Rayon Məhkəməsi Dağıstan Respublikasının başçısı Sergey Melikovu qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin regional idarəsi yayıb.

 

Bildirilib ki, məhkəmə onu Ukrayna sərhədlərinin dəyişdirilməsinə yönəlmiş aksiyaları maliyyələşdirməkdə təqsirli bilib.

 

İttihamnamədə Melikovun Rusiya Silahlı Qüvvələrinə hərtərəfli dəstək verdiyi və Dağıstan sakinlərini “xüsusi hərbi əməliyyat”da iştiraka çağırdığı qeyd olunub. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində yerləşdiyi üçün hökm qiyabi olaraq verilib.

 

Qərar materiallar əsasında qəbul edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Uşağa ad qoyarkən dövlətin tələbləri nəzərə alınmalıdır –Ali Məhkəmənin QƏRARI

redaktor

Ukrayna Prezident Ofisi: “Rusiya ilə razılığa gələ bilmərik”

redaktor

Belçikanın gələcək kraliçasının Harvardda təhsili yarımçıq qala bilər

redaktor