24 C
Bakı
11 Avqust 2025 22:12
Dünya

Ay Yerdən uzaqlaşır: Günlər daha uzun olacaq

Alimlər müəyyən ediblər ki, Yer kürəsinin təbii peyki olan Ay zamanla planetimizdən uzaqlaşır. Bu proses çox yavaş gedir ildə cəmi 38 millimetrdir.

 

Tacxeber.com Mİlli.Az-a istinadən xəbər verir ki, Madison və Kolumbiya universitetlərindən olan tədqiqatçıların araşdırmalarına görə, təxminən 1,5 milyard il əvvəl Yer gününün uzunluğu cəmi 18 saat olub. Həmin dövrdə Ay hazırkı mövqeyindən 44 min kilometr daha yaxın idi.

 

Astrofiziklər bildirirlər ki, Ayla Yer arasındakı məsafənin artması Yerin öz oxu ətrafında fırlanmasına, iqlimə və günlərin uzunluğuna təsir göstərir. Proqnozlara əsasən, bir neçə milyard ildən sonra Ayın orbiti iki dəfə böyüyəcək və Yer kürəsində bir günün müddəti 870 saata çatacaq.

 

Bununla belə, tədqiqatçılar bildirirlər ki, bu proses daim davam etməyəcək. Uzun müddət sonra Ayın Yerə doğru geri hərəkət etməyə başlayacağı ehtimal olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Böyük Britaniya Qəddafinin həyat yoldaşına qoyulan ölkəyə giriş qadağasını ləğv edib

redaktor

Zelenski Rusiyanın xarici banklarda dondurulan milyardlarla dollarını Ukrayna üçün istədi

redaktor

Qordon: O, Putini addım-addım izləyir

redaktor