4 C
Bakı
26 Dekabr 2025 11:35
Cəmiyyət

Tahir Kərimli sədrlikdən gedir? – “Arzum budur ki, gənc siyasətçi rəhbər olsun”

“Vəhdət Partiyasının iyunun 14-də növbədənkənar qurultay keçirməsinin səbəblərindən biri Baş Məclisin yeni üzvlərinin təsdiq olunması ilə bağlıdır. Bu, prosedur qurultayın səlahiyyətindədir, legitimliyə görə mütləq qurultay keçirmək lazımdır”.

 

Tacxeber.com pravda.az-a istinadla xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

 

O qeyd edib ki, toplantıda Mərkəzi Nəzarət-Təftiş Komissiyası da yenidən formalaşdırılacaq: “Nizamnaməyə də dəyişiklik nəzərdə tutulur”.

 

T. Kərimlinin sözlərinə görə, qurultayda yeni sədr də seçilə bilər:

 

“Arzum budur ki, daha gənc, enerjili siyasətçi rəhbər olsun. Özüm isə partiyada daha sakit bir işdə təmsil olunmaq, müəyyən məsələlərdə sədrə kömək etmək istəyərəm. Gənclərin partiyaya cəlb olunması, yeni istiqamətlərin müəyyən olunması vacibdir. Ona görə də təklif etmək istəyirəm ki, rəhbərlik dəyişsin. Hər şey qurultayın səlahiyyətindədir. Ümid edirəm ki, qurultay nümayəndələrini inandıra biləcəyəm”.

Tacxeber.com

Oxşar xəbərlər

İran vasitəsilə Naxçıvana gedənləri girov götürüblər

admin

Tofiq Yaqublu ev dustaqlığına buraxılmadı

admin

Ramiz Mehdiyev Sabirabaddan başlamış Salyan rayonuna qədər uzanan böyük bir ərazidə torpaq sahələrinə də sahib imiş

redaktor