İlon Maskın Amerika korporasiyası “Tesla”, insanların videolarından istifadə edərək “Optimus” robotlarını öyrədəcək.
Tacxeber.com xəbər verir ki, bu barədə “Optimus Engineering” şöbəsinin mühəndisi Milan Kovaç “X”-də məlumat verib.
Mütəxəssisin sözlərinə görə, mühəndislərin məqsədlərindən biri də “Tesla”nın insanabənzər robotlarını real insanların videolarına baxaraq və onlardan sonra müxtəlif hərəkətləri təkrarlayaraq öyrənmələrini təmin etməkdir. Bunun üçün müşahidə kameraları tərəfindən təsadüfən və ya bilərəkdən çəkilmiş videolar “Optimus”un yaddaşına yüklənir.