24 C
Bakı
23 İyun 2025 18:48
Dünya

Bu tarixdə “qızıl kart”ların satışı başlayır: Varlılar ABŞ-a axın edəcək?

ABŞ prezidenti Donald Trampın administrasiyası 5 milyon dollara ABŞ-da daimi yaşayışa zəmanət verən “qızıl kartların” satışı üçün onlayn platformanın istifadəyə verildiyini elan edib.

 

Tacxeber.com xəbər verir ki, bunu ticarət naziri Hovard Latnik deyib.

 

“Təxminən bir həftə ərzində trumpcard.gov adlı internet saytının olacağını gözləyirəm”, – deyə rəsmi izah edib və qeyd edib ki, resurs ilkin olaraq maraqlı tərəflərə qeydiyyatdan keçməyə və kartı almağa hazır olduqlarını təsdiq etməyə imkan verəcək.

 

Latnikin deyib ki, proqramı ölkənin dövlət borcunu azaltmaq üçün vəsaitlərin cəlb edilməsi alətinə çevrmək niyyətindədirlər.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp zəngin əcnəbilərə sərmayə müqabilində yaşayış icazəsi verəcək nümunə kartı göstərərək bu təşəbbüsü açıqlayıb. Onun sözlərinə görə, layihə beynəlxalq biznes elitasının investisiyaları hesabına iqtisadiyyatın stimullaşdırılmasına yönəlib.

 

Xatırladaq ki, “qızıl kartların” satışı ABŞ administrasiyasının immiqrasiya siyasətini monetizasiya etmək strategiyasının bir hissəsi olacaq, diqqəti dövlətin maliyyə öhdəliklərini ödəmək üçün resursların axınına yönəldəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna bu gün Rusiyanın iki qırıcısını vurdu

admin

Trampdan Zelenskiyə ŞOK SÖZLƏR: “Komediyaçı…”

redaktor

Parisdə dünyanın ən bahalı şərabı OĞURLANDI

redaktor