24 C
Bakı
23 İyun 2025 11:35
Dünya

“100 böyük türk”ün içində Nizami, Şah İsmayıl, Rəsulzadə yoxdur…

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev illər öncə nəşr olunmuş bir kitabla bağlı maraqlı araşdırma aparıblar.

 

Tarixçilər Modern.az-a açıqlamasında bildiriblər ki, bu kitabın adı “100 böyük türk”dür:

“Amma nəşrə Nizami, Nəsimi, Uzun Həsən, Şah İsmayıl, Şah Abbas, Nadir şah, M.Ə.Rəsulzadə və b. tarixi şəxsiyyətlərin bioqrafiyalarının daxil edilməməsi bizi çox üzdü.

Bu kitabın müəllifi türkiyəli yazıçı-jurnalist Sədi Boraqdır. Kitab 1968, 1976 və 2004-cü illərdə Türkiyədə nəşr olunub. Həmin kitab SSRİ-nin dağılması ərəfəsində – 1991-ci ilin aprelində Azərbaycan dilində də çap olunub. Azərbaycanca nəşrin üz qabığında Alp Arslan, Şeyx Şamil, Atatürk, Çingiz xan, Atilla, Mete xaqan, Barbaros Xeyrəddin Paşa, Füzuli və Yunus Əmrənin şəkilləri yer alıb.

Fikrimizcə, qardaş Türkiyədə səslənən anti-Səfəvi fikirləri belə kitablardan qaynaqlanır. Ümid edirik ki, gələcəkdə Türkiyəmizdə bu cür kitablar qarşımıza çıxmayacaq”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya müharibəyə əsgərləri haradan cəlb edir? – Britaniya kəşfiyyatının hesabatı…

admin

Bayden Putini TƏHQİR ETDİ

redaktor

Bura ruslar üçün ölümcül şəhər olacaq – Sırski

admin