Dünya

Yaponiyanın “yeni Baba Vanqası”ndan dəhşətli proqnoz: 45 gündən sonra…

“Yaponiyanın yeni Baba Vanqası” kimi tanınan Ryo Tatsuki 2025-ci ilin iyulunda baş verə biləcək qorxulu hadisə ilə bağlı xəbərdarlıq edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Times of İndia” yazıb.

 

Məlumata görə, Tatsuki 1999-cu ildə nəşr olunan “Gələcəkdə Gördüklərim” adlı əsərində 2025-ci ilin iyulunda Yaponiya ilə Filippin arasında böyük sualtı fəlakətin baş verəcəyini proqnozlaşdırıb.

 

Tatsukinin proqnozlarına görə, bu fəlakət 2011-ci ildəki Tohoku sunamisindən üç dəfə böyük dalğalar yaradacaq.

 

Bu proqnozlar xüsusilə Şərqi Asiyadakı turistlərin narahatlığına səbəb olub. Honq-Konqda yerləşən “WWPKG” turizm agentliyi Yaponiyaya olan səyahətlərin 50 faizə qədər azaldığını bildirib. Çin hökuməti də öz vətəndaşlarına Yaponiyada baş verə biləcək təbii fəlakətlərdən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

 

Qeyd edək ki, Tatsuki 2011-ci ildə Tohoku zəlzələsi və sunamisi, 1995-ci ildə Kobe zəlzələsi, Şəhzadə Diananın ölümləri kimi hadisələri proqnozlaşdırması ilə tanınır. Bu proqnozlaşdırmalar ona “Yaponiyanın Baba Vanqası” adını qazandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Simpsonlar“ 2024-cü il üçün nə proqnozlaşdırıb?

redaktor

Yevgeni Priqojin haradadır?

redaktor

SEPAH-ın məxfi sənədi ələ keçirildi: Xameneyi nələri etiraf edib ?

admin