30 C
Bakı
10 Avqust 2025 20:31
DünyaGündəmHadisə

Viktor Yanukoviçin keçmiş müşaviri Madriddə güllələnib

Bu gün səhər saatlarında naməlum şəxslər keçmiş ukraynalı siyasətçi Andriy Portnovu Madridətrafı qəsəbələrdən birində güllələyiblər. Reuters-in məlumatına görə, hücum səhər saat 9:15 radələrində Madrid yaxınlığındakı yüksək səviyyəli ərazidə yerləşən Amerika məktəbinin qapısında Portnov uşaqlarını məktəbə gətirən zaman baş verib. Hücum edənlər onu kürəyindən və başından vurub, sonra meşədə gözdən itiblər.

 

Polis atışma faktını təsdiqləsə də, mərhumun adını açıqlamayıb. Bununla belə, İspaniya mətbuatının Daxili İşlər Nazirliyindəki mənbələri tezliklə xəbər verdilər ki, söhbət prezident Viktor Yanukoviçin keçmiş müşaviri və onun administrasiyasının rəhbəri Portnovdan gedir. Portnov rusiyayönlü mövqeyi və 2014-cü ildə Avromaydan iştirakçılarına qarşı qanunların hazırlanmasında iştirakı ilə tanınırdı.

 

Yanukoviç rejiminin süqutundan sonra Portnov Rusiyaya gedib, orada bir ilə yaxın yaşayıb, sonra isə Avstriyaya köçüb. Onun İspaniyaya nə vaxt getdiyi məlum deyil.

İstintaq müxtəlif versiyaları, o cümlədən siyasi motivli qətli nəzərdən keçirir. İspaniya polisi hazırda cinayətkarların axtarışını davam etdirir. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada avtomobil atəşə tutuldu, azərbaycanlı qadın öldü

admin

İran Cənubi Azərbaycanda zəlzələ ilə bağlı Türkiyənin yardım təklifini qəbul etməyib

redaktor

Kadırovdan ŞOK TƏKLİF: “Bu ölkəyə raket zərbəsi endirin”

admin