24 C
Bakı
23 İyun 2025 18:35
Dünya

Özündən deyən Donald Trampın da “barıtı” tükənib

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski və digər Avropa liderləri ilə söhbəti zamanı deyib ki, Rusiya və Ukrayna münaqişənin həllini özləri tapmalı olacaqlar.

 

Tacxeber.combildirir ki, bu barədə “New York Times” altı mənbəyə istinadən məlumat yayıb. Nəşrin mənbələrinə görə, Tramp da Rusiyaya qarşı yeni sanksiyalara qoşulmaq üçün “öz təhdidlərindən” geri çəkilib. Avropa rəsmiləri hesab edirlər ki, onlar Vaşinqtonun tezliklə Moskvaya qarşı yeni məhdudiyyətlər qoymağa qərar verəcəyini gözləməməlidirlər.
Donald Trampın Avropa nümayəndələri ilə söhbəti Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarından sonra baş tutub. Söhbət iki saatdan çox davam edib.

 

Tərəflər Ukraynadakı münaqişənin həlli yollarını, eləcə də ticarət perspektivlərini müzakirə ediblər. Prezidentlər Rusiya və Ukrayna tərəflərinin nümayəndələri arasında “ən yüksək səviyyədə” mümkün təmaslar mövzusuna da toxunublar.

Tacxeber.com

Oxşar xəbərlər

“Şuşada Ağaoğlunun Xankəndinə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydı”

redaktor

Putin Priqojindən qisas aldı? – AÇIQLAMA

redaktor

“İsrail HƏMAS-ı tamamilə məhv etmək yolundadır”

redaktor