19 C
Bakı
25 Sentyabr 2025 23:07
Maraqlı

Mütəxəssislər ağcaqanadların ən çox kimi dişlədiyini araşdırıb

1-ci qan qrupu olan insanlar ağcaqanadlar tərəfindən digər insanlara nisbətən daha tez dişlənir.

 

Tacxeber.com xəbər verir ki, Gemotest Laboratoriyasının eksperti Alexandra Fileva RT kanalına açıqlamasında bunu deyib.

 

Onun sözlərinə görə, II. III qrup daha az həşərat cəlb edir və IV qrupda olanlar, demək olar ki, heç vaxt qaniçənlərin hücumuna məruz qalmırlar. Bundan əlavə, ağcaqanadlar təkcə qan qrupuna deyil, həm də insanın nəfəs aldığı karbon qazının miqdarına cavab verir. İdman etdiyiniz zaman nəfəsiniz aktivləşir və həşəratları cəlb edən daha çox karbon qazı ayrılır. Hamilə qadınlar və artıq çəkili insanlar da digər insanlara nisbətən daha çox karbon qazı buraxırlar.

 

Ağcaqanadlar müəyyən qoxuları və yüksək bədən hərarətini də sevirlər. Bu səbəbdən ağcaqanadlar daha çox ammonyak iyi verən qaraciyər və böyrək xəstəlikləri olan, aseton qoxuyan şəkərli diabet xəstələrini cəlb edir. Yüksək bədən istiliyi həşəratların qan almasını asanlaşdırır. Bu səbəbdən ağcaqanadlar insanları ən isti yerlərdən, məsələn, boyun, qulaq arxasında, qoltuq altından dişləyir.

Tacxeber.com

Oxşar xəbərlər

Yaşıl çay ekstraktı Daun sindromlu uşaqların üz quruluşunu dəyişdi – FOTO

redaktor

Mətbəxdə işlədilən bezlər təhlükə saçır – Nə etmək lazımdır?

redaktor

Alış-veriş edərkən ən çox nədə səhvə yol veririk

redaktor