24 C
Bakı
22 İyun 2025 14:21
Dünya

Lavrovdan ŞOK etiraf: “Ermənistan Azərbaycan torpaqlarını Rusiya silahı ilə işğal edib”

Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni jurnalistin sualına cavab olaraq Ermənistanın uzun illər boyu Azərbaycan ərazilərini məhz Rusiya silahı ilə işğal etdiyini etiraf edib.

 

Musavat.com xəbər verir ki, Lavrov bu fikirləri Qarabağ müharibəsində Azərbaycanın Rusiya istehsalı silahlardan istifadə etməsi ilə bağlı irəli sürülən ittihamlara cavab olaraq səsləndirib.

 

“Azərbaycanın Rusiya silahı istifadə etməsinə gəlincə, xatırladım ki, Ermənistan da müstəqillik əldə etdikdən sonrakı bütün illər ərzində Rusiya silahından istifadə edib. O cümlədə  7 rayonun işğalı üçün də” – deyə Lavrov vurğulayıb.

 

O əlavə edib ki, Ermənistan həmin ərazilərdə uzunmüddətli mövqe tutmaq üçün ciddi istehkamlar qurub və bəzi ekspertlərin fikrincə, bu müdafiə sistemlərinin xarakteri o torpaqların heç vaxt geri qaytarılmayacağı niyyətini göstərirdi.

 

Lavrov Ermənistan rəhbərliyinin heç vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq təşəbbüsü göstərmədiyini də xüsusi olaraq qeyd edib.

 

“Rusiya silahı dünyanın bir çox ölkələrində var. Məsələn, Mozambik bayrağında da Kalaşnikov avtomatı əks olunub. Amma bu, həmin silahların hər yerdə bizim istədiyimiz məqsədlə istifadə olunduğu anlamına gəlmir,” – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu – FOTO

redaktor

Hamının bir dam altında yaşadığı qeyri-adi şəhər – VİDEO

redaktor

Səlim Müslümov mobil nömrəsini satır: Qiyməti…

redaktor