19 C
Bakı
25 Sentyabr 2025 22:43
Hadisə

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs EDAM OLUNDU

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkar, İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib.

 

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

 

Qeyd edək ki, ötən ay İranın məhkəmə-ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxslə bağlı hökm barədə sualı cavablandırarkən yekun hökmün çıxarıldığını bildirmişdi.

 

Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Natiq Cəfərli sən quru sərhədlərin bağlı qalması ilə bağlı haqlı İRAD

admin

Müharibə əlili tanınmış vəkildən şikayət etdi: “Prezidentin bağışladığı evi satıb ona verdik, o isə..”

redaktor

Bu ölkədə Ukrayna bayrağı yoxa çıxdı: Görün haradan tapıldı

redaktor