Dünya

ABŞ HƏYƏCAN TƏBİLİ ÇALDI – Rusiya elə bir peyk hazırlayır ki…

“Rusiya nüvə silahı daşıya biləcək peyk hazırlayır”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə TASS ABŞ Müdafiə Nazirliyinin rəhbərlərinin birgə bəyanatına istinadən məlumat yayıb.

 

“Rusiya strateji və digər nüvə silahlarının modernləşdirilməsinə və inkişafına xüsusi diqqət yetirməkdə davam edir. Rusiya həmçinin anti-peyk qabiliyyəti kimi nüvə silahı daşımaq üçün nəzərdə tutulmuş yeni peyk hazırlayır”, – sənəddə deyilir.

 

Bəyanatı ABŞ Kosmik Qüvvələrinin komandanı Çensom Saltzman, Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Devid Elvin və Hərbi Hava Qüvvələrinin katibi Troy Maynk hazırlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada Priqojinin abidəsi hazırlandı – Foto

redaktor

Mariya Zaxarova Vladimir Putin və Donald Tramp arasındakı telefon danışıqları barədə: ABŞ və Rusiya “xokkey oynayır”

redaktor

ABŞ rusiyalı hakeri “qara siyahı”ya SALDI – SƏBƏB

redaktor